“Azərişıq” Sumqayıt Dövlət Universiteti ilə müqavilə bağladı

“Azərişıq” Sumqayıt Dövlət Universiteti ilə müqavilə bağladı
18:04 23 Fevral 2017
108 Digər
Ölkə mətbuatı
A- A+

 

 

Bu gün  “Azərişıq” ASC-nin Tədris Mərkəzi ilə respublikanın elektroenergetika ixtisası üzrə kadr hazırlayan daha bir ali təhsil müəssisəsi - Sumqayıt Dövlət Universiteti arasında əməkdaşlıq müqaviləsi bağlanılıb.

 

 “Azərişıq” ASC-nin mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, Tədris Mərkəzinin direktoru Vüqar Əliyev Sumqayıt Dövlət Universiteti ilə birgə fəaliyyətin hər iki tərəf üçün səmərəli olacağını və bu əlaqələrin gələcəkdə daha da genişləndirilməsi üçün lazimi tədbirlərin həyata keçiriləcəyini vurğulayıb.

 

Sumqayıt Dövlət Universitetinin rektoru professor Elxan Hüseynov isə Tədris Mərkəzinin dünyanın ən qabaqcıl avadanlıqları ilə təchiz edilmiş müasir laboratoriyalara və beynəlxalq standartlara cavab verən tədris metodikasına malik olduğunu qeyd edərək, bu əməkdaşlığın Sumqayıt Dövlət Universitetinin tələbələri üçün geniş imkanlar açacağını bildirib.

 

Bildirilib ki, bu əməkdaşlıqda əsas məqsəd “Azərişıq” ASC-nin maddi-texniki bazasından, müasir tədris və istehsalat laboratoriyalarından təhsil alan tələbələrin yararlanmasını təmin etmək, xüsusi ilə elektroenergetika sahəsində gələcək çağırışlara və real inkişafa cavab verəcək elmi potensialın istehsalata inteqrasiyasına nail olmaq, həmçinin Sumqayıt Dövlət Universitetinin elmi potensialını stimullaşdırmaqdan ibarətdir.

 

Qeyd edək ki, mövcud kadr potensialının günün tələblərinə uyğun təkmilləşdirilməsi və yeni gənc kadrların müasir səviyyədə hazırlanması “Azərişıq” ASC Tədris Mərkəzinin başlıca prioritetidir.

 


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/268369

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR