Şəfa ilə zəngin ədviyyatlar

Şəfa ilə zəngin ədviyyatlar
22:12 23 Fevral 2017
193 Ölkə
Ölkə mətbuatı
A- A+

Qədim dövrlərdən bəri yeməklərə dad vermək üçün istifadə edilən ədviyyatlar eyni zamanda bir şəfa mənbəyidir.

Milli.Az deyerler.org-a istinadən bildirir ki, bədənə saysız faydası olan ədviyyatları yeməklərinizdə istifadə edə bilərsiniz.

Sarıkök: Hind zəfəranı olaraq da tanınan sarıkök, yeməklərə ləzzət qatmaqla yanaşı, açıq narıncı rəngiylə xoş bir görünüş də yaradır. Yüksək nisbətdə antioksidant ehtiva etməsi ilə xərçəngə qarşı qorumanı təmin edir. Ürək xəstəlikləri, diabet və Alzheymerin meydana gəlmə riskini azaldır.
Darçın: Zəngin lif qaynağı olan darçın, gözəl qoxusu və dadıyla şirniyyatlarda istifadə edilir. Şəkər xəstələri üçün olduqca faydalı olan darçın, qanda şəkərinin yüksəlmə sürətini nizamlayır və şəkərin tənzimlənməsində əhəmiyyətli rol oynayır.
İstiot: Baş ağrılarını sakitləşdirməkdən başlayaraq, iltihablanmaların qarşısını almağa qədər bir çox faydası olan istiotun eyni zamanda piyləri əritmək xüsusiyyəti də var. Bədəndə yığılan toksinlərin atılmasını təmin edərək arıqlamağı asanlaşdıran istiot yeməklərdə istifadə edilir.
Zəncəfil: Tərkibindəki B və C vitaminlərinin yanında kalsium, fosfor və dəmir cəhətdən zəngin olan zəncəfil, qış aylarında tez-tez yaşanan boğaz ağrılarına qarşı yaxşı təsir edir. Soyuqdəymə və qrip üçün içilən zəncəfil çayı mikrobların bədəndən atılmasını təmin edərək bədən müqavimətinin artmasına köməkçi olur.   

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/society/519829.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR