Çexiyanın Brno şəhərində sərdabə kimi tikilidəki
məzarlığın sirləri əsrlərdir tapılmır.
Publika.az xəbər verir ki, bu məzarlıqlarda mumiyalanmış
cəsədlər əsrlərdir olduqları kimi uzanaraq qalıblar.
Turistlərin ən çox maraq göstərdiyi yerlərdən olan bu məzarlığı bir
qadın hər gün təmizləyir və o, demək olar ki, hər gün turistlərin
eyni sualı ilə qarşılaşır: “Təkbaşına bu ölülərin arasında
işləməkdən qorxmursunuz?”.
Çünki bu məzarlıq bir çox insanı dəhşətə gətirir.
Lakin təmizliyə baxan qadın qarşılaşdığı suala hər dəfə “əvvəllər
qorxurdum, amma sonradan vərdiş elədim” cavabını verir.
Çexiyalı arxeoloqlar keçmişdə mumiyalanmış ölülərin 200-ə qədər
olduğunu, lakin indiyə qədər cəmi 24-nün qaldığını deyir.
Ehtimallara görə, bu məzarlıqlar XVIII əsrə aiddir. Həmin dövrlərdə
keşişlər və köməkçiləri ölərkən, onları mumiyalayaraq, belə
sərdabələrdə basdırarmışlar. Lakin indiyə qədər bu ölülərin sirri
tam açılmayıb. Ən maraqlısı isə bu məzarlığın bir neçə il öncə
tapılmasıdır. Həmin vaxta qədər məzarlıq yerin altında olub, üç əsr
öncə ölən insanların sümükləri isə tam çürüməyib. Məzarlığın
tapılmayan əsas sirri də budur.
Asif