Azərbaycan 32 ölkə arasında birinci oldu

Azərbaycan 32 ölkə arasında birinci oldu
11:18 24 Fevral 2017
Ölkə mətbuatı
A- A+

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin (NRYTN) Məlumat Hesablama Mərkəzində (MHM) Birləşmiş Millətlər Təşkilatının (BMT) nəzdində dənizə çıxışı olmayan, inkişaf etməkdə olan ölkələr üçün Beynəlxalq Analitik Mərkəzin nümayəndələri ilə görüş keçirilib.

Publika.az xəbər verir ki, görüşdə BMT-nin araşdırmalarına əsasən, Azərbaycan dənizə çıxışı olmayan 32 ölkə arasında İKT sahəsində 1-ci yerdə qərarlaşdığı bildirilib.
Beynəlxalq Analitik Mərkəzinin Monqolustandan olan nümayəndəsi Sansar Sosarbaram qeyd edib ki, aparılan təhlillər nəticəsində Azərbaycanda İKT sahəsində davamlı olaraq uğurlu layihələr həyata keçirildiyi müəyyən olunub.

Görüş zamanı elektron hökumət, elektron imza, elektron təhlükəsizlik və ümumiyyətlə, elektron quruculuq mövzusunda geniş müzakirələr aparılıb.

Sonda gələcək planlar haqqında qonaqları maraqlandıran bir çox suallar MHM-in mütəxəssisləri tərəfindən çavablandırılıb.



Xəbərin orijinal ünvanı: http://publika.az/news/ikt/189114.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı