Çinin Quançjou şəhərindən İndoneziyanın Bali adasına uçan təyyarə geri qayıtmağa məcbur olub.
Milli.Az Trend-ə istinadən xəbər verir ki, buna səbəb təyyarə havaya qalxandan sonra qapısının açılması olub.
Reysi həyata keçirən İndoneziya aviaşirkətinə məxsus "Boeing 737" təyyarəsinin göyərtəsində 192 sərnişin olub. İnsident nəticəsində xəsarət alan olmayıb.
Geri qayıdan təyyarənin qapısındakı nasazlıq aradan qaldırılsa da 20 nəfər sərnişin həmin təyyarə ilə uçuşa davam etməkdən imtina edib.
Milli.Az
Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində