Havada qalan fətva, 2 milyonluq qətl, “şeytanın tələsi”... – SƏBUHİ MƏMMƏDLİ YAZIR...

Havada qalan fətva, 2 milyonluq qətl, “şeytanın tələsi”... – SƏBUHİ MƏMMƏDLİ YAZIR...
16:04 24 Fevral 2017
76 Digər
Ölkə mətbuatı
A- A+

 

30 ilə yaxındır ki, hamı bu fətvanın icrasını gözləyir. Amma indiyədək onun yaxınına belə düşə bilməyiblər. 1989-cu ilin bu günü verilmişdi həmin fətva; İran inqilabının lideri Ayətulla imam Xomeyni tərəfindən. Bəs nə baş vermişdi? İran lideri bu müsəlmandan, Hindistan doğumlu Britaniya vətəndaşından nə istəyirdi?

 

Əslində onu heç kim tanımırdı dünyada. Hə, sıradan bir yazıçı idi.

 

1947-ci ildə Bombeydə biznesmen ailəsində anadan olmuşdu. 1961-ci ildə təhsil almaq üçün İngiltərəyə yollanmışdı. 1964-cü ildə Böyük Britaniya vətəndaşlığını almışdı, Kembric Uniiversitetinin tarix fakültəsini bitirmişdi. İlk əsəri isə 1975-ci ildə yazdığı “Qrimus” romanıdır. Vəssalam. Ondan sonra anlamışdı ki, daha ondan yazıçı çıxmaz. Amma bir gün, 1988-ci ildə İngiltərədə nəşr olunan “Şeytan ayələri”ylə dünyanı özünə cəlb etmişdi.

 

“Şeytan ayələri” müsəlman dünyasında qəzəblə qarşılanır. Kitab İslam dünyasında, hətta Hindistan və Cənubi Afrika Respublikasında belə qadağan edilir. 1989-cu ilin bu günü, fevralın 24-də Ayətullah Xomeyni yazıçının ölümünə fətva verir.

 

İmam Xomeyninin aşağıda oxuyacağınız bu fətvası isə hələ də icra olunmayıb:

 

“Dünyanın bütün qeyrətli müsəlmanlarının nəzərinə çatdırıram ki, İslam peyğəmbəri, Quran əleyhinə yazılmış və çap olunmuş “Şeytani ayələr” kitabının müəllifi, eləcə də kitabın mətnindən xəbərdar olan nəşriyyatçılar ölüm hökmünə məhkum olunur. Qeyrətli müsəlmanlardan istəyim budur ki, bu şəxsləri harada görsələr, onların ölümü üçün dərhal addım atsınlar. Belə edin ki, bundan sonra kimsə İslam müqəddəsliklərini təhqir edə bilməsin. Bu hökmü yerinə yetirərkən həyatını itirən şəhiddir, inşaallah. Əgər bir şəxs müəllifin yerini bilirsə, amma onu öldürmək imkanı yoxsa, başqalarına bu barədə məlumat versin ki, müəllif cəzaya çatdırılsın. Əssəlamu ələykum və rəhmətullahi və bərəkatuh.”

 

Və bundan sonra Britnaiya hökuməti Rüşdinin mühafizəsini öz üzərinə götürdü. Salman Rüşdiyə “Şeytan ayələri” kitabına görə 850 min funt qonorar verilmişdi. Sonradan, hə, məhz fətvadan sonra o, əlavə böyük mükafatlar aldı. Onun kitabını ilin kitabı kimi təqdim etdilər. Britaniya kraliçası ona xüsusi imtiyazlar, “Cəngavər ordeni” verdi.

Bu kitab başdan-başa peyğəmbər, Quran, mələklər, vəhy, böyük peyğəmbər səhabələri, peyğəmbər ailəsinin təhqirindən ibarət idi. İmam Xomeyninin Salman Rüşdiyə ölüm hökmündən əvvəl də müxtəlif ölkələrdə “Şeytan ayələri”nə qarşı etiraz aksiyaları baş tutdu.

 

İran İslam Respublikasının Xarici İşlər Nazirliyi Salman Rüşdinin ölüm hökmünə etiraz edən ölkələrin səfirlərini çağırıb, onlara xəbərdarlıq etdi. Bundan sonra İslam Şura Məclisinin nümayəndələri 170 imza ilə beynəlxalq təşkilatları “Şeytan ayələri” kitabına qarşı etiraza çağırdılar. Eyni zamanda, dövlət və parlament, bütün alimlər və mütəfəkkirlər İmamın fitvasına dəstək verdilər. Hətta bu hökmü icra edən üçün 2 milyon dollar mükafat təyin etdi. Bu, həmin vaxt üçün olduqca böyük rəqəm idi. Hindistanın Kəşmir, Bombey, Dehli şəhərlərində böyük aksiyalar keçirildi. İmamın fətvası yekdilliklə bəyənilirdi. Banqladeşdə 7 nüfuzlu ruhani birgə bəyanat yayaraq, “Şeytan ayələri” kitabının bütün nəşrlərinin yandırılmasına göstəriş verdilər. Naşirlərin cəzalandırılması tələb olunurdu. Türkiyədə xalq, ruhanilər, yazıçılar, tanınmış şəxsiyyətlər İmam Xomeyninin fitvasını himayə edirdilər. Türkiyənin şərqində şiələrin rəhbəri Əziz Otar bu barədə deyirdi: “İmam Xomeyninin fitvasının yerinə yetirilməsi vacibdir, Salman Rüşdinin qətli zəruridir.”

 

Amma… Amma hələ indiyə kimi bu hökm yerinə yetrilməyib. Yazıçının başına qoyulan 2 milyona heç kim sahib dura bilməyib.

 

Rüşdi isə Londonda öz iqamətgahındadır. Bir dəfə jurnalistlərin biri onda soruşmuşdu.

 

- Fətva məsələsi ortaya çıxarkən gizləndiyiniz anlarda sizə bilavasitə yardım edən və ya ehtiyac duyduğunuz kitablar var idimi?

 

- Məlum hadisələr zamanı maarifçi yazarların kitablarına müraciət edirdim. Volterdən “Kandid”, Didrodan “Fatalist Jak” və Russodan “Etiraflar”. Həmçinin, Con Stüart Milin “Azadlıq haqqında” əsəri. Amma eyni zamanda daha bir neçə kitabı əlimə alıb sadəcə bir az gözdən keçirmişdim. Filip Rasın “Faktlar” əsərini bəyəndiyimi, eyni zamanda Kurt Vonnequtun “Fokus-pokus” kitabının bəyənmədiyimi xatırlayıram, mənə əvvəlki qədər təsir bağışlamamışdı, məyus olmuşdum, çünki onun digər kitablarını çox bəyənmişdim – “Titanın sirenləri”, “Pişik üçün nənni” və əlbəttə ki, “Sallaqxana – nömrə beş”.

 

Bəs bundan sonra Rüşdi özü nə yazıb? Heç nə əslində. Çünki Rüşdi heç vaxt böyük yazısçı olmayıb. Onu “şeytan tələyə salmışdı”. Məsələ bu qədər sadə…

 


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/268460

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı