Aldadılmaq hər bir insana acı verir. Ancaq bəzi insanlar aldatmağa meyillidir. Bəs, hansı bürc altında doğulan insanlar daha çox aldadır?
Metbuat.az Türkiyə mətbuatına istinadən, suala cavab axtarıb.
Qoç bürcü: Qoçlar insanların onlarla maraqlanmasını sevirlər. Ən kiçik diqqətsizlikdə belə onları başqalarının yanında görə bilərsiniz. Qoç bürcünün başqalarıyla eşq yaşamasının başlıca səbəbi, özünü daha çox insana qəbul etdirib, özünəinamı artırmaqdır. Qoç bürcü çox atəşli bir bürc olsa da, çox zaman haram münasibətlərdən uzaq durmağa çalışır. Əgər həyat yoldaşları vəfasızlıq edərsə, onlar da aldatmağa meyillənə bilirlər.
Buğa bürcü: Buğa bürcü sədaqətliyi ilə tanınır. Ancaq həyat yoldaşlarından xəyanət görər və ya hiss edərsə, onlar da aldadar. Buğa bürcü inam duyğusu yüksək insanlardır. Əgər onların sədaqətinə zərbə endirsəniz, diqqətindən düşəcəksiniz.
Əkizlər bürcü: Əkizlər üçün şəhvət xəyanət deyildir. Cinsi münasibətdən çox intelektual və yaxın söhbətlər onları yoldan çıxarır.
Xərçəng bürcü: Xərçənglər sadiq bürclərdir, günahkarlıq duyğusuna tez qapıldıqları üçün asanlıqla yoldan çıxmazlar.
Şir bürcü: Bu atəşli bürc daim həyəcan axtarır. Bəzisi doğuşdan şəhvətlidir və dünyanın ən mükəmməl aşiqi olduğunu isbatlamağa çalışır.
Qız bürcü: Qızlar fiziki yox, duyğusal mənada aldadarlar. Qız bürcü yaşadığı münasibəti irəlilətmək üçün əlindən gələni edib, nəticə görmədiyi zaman xəyanət edər.
Tərəzi bürcü: Tərəzi bürcü qarşısındakı insanı xoşbəxt etməyi sevir. Güclü prinsipləri olan tərəzilər, münasibətinə ciddi yanaşar, buna görə də, xəyanət edən bürclər arasında ən son sıradadır.
Əqrəb bürcü: Ehtiraslı əqrəblərin aldatmaq ehtimalları da yüksəkdir.
Oxatan bürcü: Həyəcan, həyacan, həyacan... Oxatan bürcünü cəzb edən ən önəmli şeylərdən biri həyəcandır. Görəsən, onları gözləyən daha böyük bir eşq, daha həyəcanlı macəra varmı deyə, daima maraq içərisindədirlər. Xəyanət edən bürclər sırasındadır.
Oğlaq bürcü: Oğlaqlar sevilmədiyini hiss edərsə və hörmət görməzsə, cəzalandırmaq məqsədilə aldatmağa meyilli olurlar. Lakin bəzilərinin narahat quruluşu onları bir macəradan uzaq tutar.
Dolça bürcü: Dolçalar həmişə diqqət və qayğı görmək istəyirlər. Özünə ehtiyac duyulmasını istəyən və gözləyən bürc romantik deyildir. Bu səbəblə də, daim aldadılan tərəf olurlar.
Balıq bürcü: Balıq bürcünü də yoldan çıxaran özünəinamın olmamasıdır. Xüsusilə, orta yaş krizinə girmiş balıqlar həyatın qısa olduğunu dərk edər və böyümək istəməzlər. Həyatında bir “sehir” axtarmağa çalışarlar. Bu yaşlarda gizli və haram münasibətlərlə özlərini gəncləşmiş və yenidən doğulmuş kimi hiss edərlər.
Aysel Yaqubqızı / Metbuat.az