Dostu 21 yaşlı oğlanı özünü öldürmək həddinə çatdırdı - BAKIDA

Dostu 21 yaşlı oğlanı özünü öldürmək həddinə çatdırdı - BAKIDA
13:22 25 Fevral 2017
110 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakıda 21 yaşlı oğlan intihara cəhd edib.

Milli.Az lent.az-a istinadən xəbər verir ki, 1996-cı il təvəllüdlü Əhmədov Bəhruz Etibar oğlu Tofiq Məmmədov küçəsində yerləşən beşmərtəbəli binanın damına çıxaraq özünü atmaq istəyib. O, dostu Rəsulun hadisə yerinə gəlməsini tələb edib. B.Əhmədovun yaxınları onu dilə tutmağa çalışıblar və psixoloji söhbətin yekununda gənc oğlan damdan düşürülüb. O, polis bölməsinə aparılıb.

İlkin araşdırma zamanı məlum olub ki, B.Əhmədov paytaxtdakı mağazalardan birində işləyir və bir müddət əvvəl dostu Rəsul ondan borc pul istəyib. Bəhruz işlədiyi obyektə məxsus olan 9 min manatı dostuna verib, Rəsul da məbləği qısa müddətdə qaytaracağına söz verib. Lakin üstündən xeyli vaxt keçməsinə baxmayaraq, pul qaytarılmayıb. Çıxılmaz vəziyyətə düşən gənc oğlan çıxış yolunu intihar etməkdə və ya bu yolla dostundan pulu geri almaqda görüb.
 
Araşdırmalar davam etdirilir.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/country/521108.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR