"Hərbi əməliyyatların bərpası Yerevana sərfəlidir"

"Hərbi əməliyyatların bərpası Yerevana sərfəlidir"
15:22 25 Fevral 2017
174 Ölkə
Ölkə mətbuatı
A- A+

Cəbhə xəttində indiki gərginlik Yerevan hakimiyyətinin diqqəti daxili problemlərdən yayındırmaq üçün törədilmiş növbəti təxribatıdır.

Milli.Az xəbər verir ki, bunu virtualaz.org-a Milli Məclisin beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri, ATƏT-də Azərbaycan nümayəndə heyətinin rəhbəri Səməd Seyidov deyib.

Onun fikrincə, hərbi əməliyyatların bərpası Yerevana sərfəlidir.

"Bu Ermənistan hökumətinin yoxlanmış metodudur - çətinə düşəndə bundan istifadə edirlər. Seçki ərəfəsində Sarkisyan hökuməti əhalinin artan narazılığı ilə üzləşir, ATƏT-in Minsk qrupu çərçivəsində danışıqlar dalana dirənib, Dağlıq Qarabağdakı "referendum" cəhdi baş tutmadı", - Seyidov deyib.

Onun sözlərinə görə, erməni tərəfinin bu hərəkətləri dünya ictimaiyyəti üçün getdikcə daha aşkar olur.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/politics/521170.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR