Alimlər beyinin sirlərini sintetik liflərlə öyrənəcəklər

Alimlər beyinin sirlərini sintetik liflərlə öyrənəcəklər
15:52 25 Fevral 2017
Ölkə mətbuatı
A- A+

Alimlər ilk dəfə vizual, elektrik və kimyəvi siqnalları bir yerdə beyinə ötürə bilən sintetik liflər hazırlayıblar.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, saç tükü qədər nazik olan bu liflər beyinin yumşaq və qıvrım quruluşuna rahat uyğunlaşa bilir. Müxtəlif sahələrin alimlərinin birgə tədqiqatları nəticəsi olan yeni kəşfin elastik quruluşu sayəsində sərt və metal protezlərə nisbətən beyində daha uzun müddət idarə olunur. Beləliklə, liflər müxtəlif cihazlarla beyinə aparılan genetik, vizual, elektrik və kimyəvi informasiya mübadiləsini birləşdirməyə imkan verir.

Alimlər bildirirlər ki, bu yeni icad vasitəsilə beyinin hələ də sirli qalan hissələrinin funksiyaları və onlar arasındakı əlaqələr haqqında daha ətraflı məlumat əldə olunacaq.

Tədqiqatçılar yeni lifləri daha da kiçildərək bədəndəki sinir toxumalarına yeridilə biləcək ölçüdə hazırlamaq niyyətindədirlər.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/interest/521173.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR