ARB TV-də yayımlanan “Ferma” realiti-şousu bağlanıb.

Bu barədə verilişin aparıcısı Yeganə Cansail sosial şəbəkədə məlumat yayıb.

“Ferma” bağlandı. Bilirəm, sevinənlər çoxdur. Gözlərinin içinə baxanda hiss edirəm. Amma ilk uzunmüddətli aparıcısı olduğum veriliş idi. 3 il əvvəl... Bu qədər tamaşaçı topladıq, bu qədər sevgi... Sizin gözlərinizin içindəki o paxıllıq dolu sevinc bizim tamaşaçıların ürəyinə qurban olsun”, - deyə o yazıb.

Xatırladaq ki, proqrama MTRŞ tərəfindən xəbərdarlıq olunmuşdu.

Azərbaycanın ən qalmaqallı verilişi bağlandı