İtalyanın Davamlı İqtisadi İnkişaf, Texnologiya və Enerji Agentliyi ilə İtaliya, Fransa və İsraildən olan universitetlərin ortaq araşdırmasına görə, Aralıq dənizində son yüz ildə yaşanan 30 sm-lik səviyyə artımı gələcək yüz ildə daha da arta bilər.

Metbuat.az bildirir ki, su kanallarının əhatə quruluşu və ərazidəki çökmələr səbəbindən tez-tez daşqınlara məruz qalan Venesiya şəhəri ən riskli ərazi vahidlərindən biri hesab edilir. Araşdırma nəticəsində suyun səviyyəsinin qalxması 100 il ərzində müşahidə edilərsə, Venesiyanın tamamilə su altda qala biləcəyi diqqətə çatdırılıb. Dəniz səviyyəsindəki qalxmanın əsas səbəbi qlobal iqlim dəyişkənliyinin olmasıdır.

Orxan / Metbuat.az