ARB TV-nin "Gəlin Danışaq" verilişinin növbəti qonağı müğənni Əbdül Xalid olub.

Milli.Az bildirir ki, müğənni ilk olaraq əməkdar artist Tünzalə Ağayeva ilə olan iş birliyindən söz açıb:

"Bəlkə də mən Tünzalə xanımın yeganə müğənni dostuyam ki, onun yanında tam fərqliyəm. Qapını qəfildən açıb içəri girə bilərəm. O, bir az hər şeyə diqqətcil insandır. Deyir, bu nədir axı başa düşmürəm. Tünzalə xanım qardaşı da olsa sözü üzə deyən adamdır. Çox yaxşı insan, çox yaxşı dostdur. Bir duetimiz var ki, indi də deyirlər ki, o mahnını necə oxumusuz? Tünzalə xanım mənə dedi ki, onu tək ifa elə, amma mən istəmədim ki, o, artıq duet kimi insanların beyninə həkk olub".

Daha sonra monitorlarda sənətçinin 23 il əvvəlki görüntüləri əks olunub. Əbdül Xalid bu görüntüləri görərkən o qədər də sevinməyib:

"1994-cu il. 9 yaşım var. Heç mənə oxşamır. Özümə baxmağı xoşlamıram. Sizin verilişə baxıram və hər yerdə də deyirəm ki, sizin verilişin formatı çox fərqlidir".

Milli.Az

Videonu izləmək üçün şəklə klikləyin:

Azərbaycanlı müğənnini verilişdə təəccübləndirdilər - VİDEO - FOTOAzərbaycanlı müğənnini verilişdə təəccübləndirdilər

Azərbaycanlı müğənnini verilişdə təəccübləndirdilər - VİDEO - FOTO