“Facebook” şirkətinin virtual reallıq (VR) texnologiyasına olan marağı hər kəsə məlumdur və hətta VR şlemlərin istehsalı ilə məşğul olan “Oculus” şirkətini satın alıb.
Bu günlərdə “Facebook” tərəfindən istifadəyə verilmiş xidmətdə həmin sosial şəbəkədəki dostlarınızın 360 dərəcə formatında şəkil və videoları, həmçinin müxtəlif media şirkətlərin və istifadəçilərin məzmunu bir arada toplanıb. İstifadəçilər baxdığı çarx və şəkillərə reaksiya verə, həmçinin “Facebook” üzərindən başqa insanlarla paylaşa bilərlər.
“Facebook”un bu xidməti ilk deyil. Bundan əvvəl “Samsung Gear VR” üçün 360 dərəcə formatında videolar üçün proqrama “Facebook” üzərindən avtorizasiya imkanı və əks əlaqə funksiyası əlavə edilmişdi. Yeri gəlmişkən, “Gear VR” qarnituru “Oculus” şirkəti ilə əməkdaşlıq çərçivəsində yaradılıb. Bu səbəbdən yeni xidmətin bu platformada istifadəyə verilməsində təəccüblü heç nə yoxdur.
“Facebook” yaxın gələcəkdə bu xidmətə daha çox funksiya və imkanlar əlavə edəcəyini vəd edir.