"Report" "Anadolu"ya istinadən xəbər verir ki, bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu deyib.
"Niderland nə edir etsin, Türkiyə on dəfə artığını edəcək. Biz heç nədən çəkinmirik. Niderland siyasətçilərinin hərəkətləri insanlıqdan kənardır", - deyə o əlavə edib.
Nazir qeyd edib ki, Niderland hakimiyyətinin Türkiyənin XİN rəhbərinin ölkəyə girişinə icazə verməməsi istənilən halda qəbuledilməzdir:
"Lakin Niderlandın naziri (Ailə və sosial siyasət naziri Fatma Bətul Sayan Kaya) Türkiyənin Rotterdamdakı Baş konsulluğu binasına buraxmaması Avropa üçün utancvericidir. Və Ankara hər dəfə bu rüsvayçılığını Avropaya xatırladacaq".