"Çox piardan qaçıram. Etdiyim işi göstərməyi sevirəm. Yeniliklərimlə gündəmə gəlmək istəyirəm. Dedi-qodu mənlik deyil".

Milli.Az axşam.az-a istinadən bildirir ki, bu sözləri əməkdar artist Tünzalə Ağayeva "Lider maqazin"ə açıqlamasında deyib. Müğənni qalmaqaldan uzaq olmağa çalışdığını söyləyib.

T.Ağayeva sevgidən də danışıb. O bildirib ki, qəlbi boş deyil:

"Sevgisiz həyat çox çətindir. Bir insana aşiq ola bilərəm. Ürəyimə birini yerləşdirirəm, oranı qıfıllayıram. Qıfılı son nəfəsimə qədər bağlayıram. Açarın heç kim tapa bilməz, çətindir".

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində