“Təsəvvürümə gətirə bilməzdim” – Roman Qriqorçuk

“Təsəvvürümə gətirə bilməzdim” – Roman Qriqorçuk
22:22 14 Mart 2017
93 İdman
Ölkə mətbuatı
A- A+

"Gözlədiyimiz kimi ağır oyun oldu".

Milli.Az apasport.az-a istinadən xəbər verir ki, bu sözləri "Qəbələ"nin baş məşqçisi Roman Qriqorçuk deyib.
 
Azərbaycan Premyer Liqasının XXII turu çərçivəsində "Neftçi"nin qonağı olan "qırmızı-qaralar" 0:1 hesabı ilə uduzublar.
 
Matçdan sonra keçirilən mətbuat konfransında Qriqorçuk nəticəni şərh edib: "Belə oyunlarda qol vəziyyətlərindən maksimum istifadə etməlisən. İlk hissədə imkanlarımız olsa da, dəyərləndirə bilmədik. Buraxdığımız səhvi heç təsəvvürümə gətirə bilməzdim".

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/sport/526211.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR