x
Loading...

OPEC-in hesabatı açıqlanan kimi n eft ucuzlaşdı

OPEC-in hesabatı açıqlanan kimi n eft ucuzlaşdı
23:17 14 Mart 2017
183 Dünya
Ölkə mətbuatı
A- A+

Dünya bazarlarında neftin qiyməti  OPEC-in açıqladığı "Neft Bazarı Hesabatı"ndan sonra kəskin düşüb. 

Milli.Az fins.az-a istinadən bildirir ki, London birjasında Brent markalı neftin qiyməti 1,71% aşağı düşərək  50,46 dollar təşkil edib.
Nyu-York birjasında WTI neftinin bir bareli daha çox, yəni 2,02% ucuzlaşaraq 47,42 dollara satılıb.
Qeyd edək ki, həmin hesabata görə, fevralda qlobal neft hasilatı əvvəlki ayala müqayisədə gündəlik 210 min azalma ilə 95 milyon 880 min barrelə enib. Fevralda qlobal neft hasilatı 2016-ci ilin fevral ayı ilə müqayisədə dəyişiklik göstərməyib.
OPEC-in xam neft istehsalı, fevralda əvvəlki ayla müqayisədə gündəlik 140 min barrel azalma ilə 31 milyon 960 min barel olub. OPEC-in hasilatını azaltması ilə fevralda qlobal neft istehsalındakı payı 33,3%-ə geriləyib.
Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/world/526226.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Loading...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR