Xırdalanda ölən qızlar bu kollecin tələbələridir

Abşeron rayon Polis İdarəsindən verilən məlumata görə, hadisə Xırdalan şəhəri, 28-ci məhəllə, bina 6, mənzil 4 ünvanında qeydə alınıb.

Həmin ünvanda kirayədə yaşayan 5 qadın dəm qazından boğularaq ölüb.

Məlumata görə, ölənlərdən ikisi tələbə, digərləri isə onların qohumudur.

Faktla bağlı araşdırma aparılır.

XXX

Əldə etdiyimiz son məluamata görə, dünyasını dəyişən tələbələr İqtisadiyyat və Humanitar kollecin tələbəsidir. //APA



Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR