Azerbaycanda elilliyi olan sexslerin tibbi-sosial reabilitasiyasi meqsedile yeni tedbirler heyata kecirilecek

12:27 7 Yanvar 2015
262 Digər
Ölkə mətbuatı
A- A+

[ 07 Yanvar 2015 12:14 ]


Baki. Konul Kamilqizi – APA. Azerbaycanda elilliyi olan sexslerin ve saglamliq imkanlari mehdud usaqlarin saglamliginin muhafizesi ve tibbi-sosial reabilitasiyasi meqsedile yeni tedbirler heyata kecirilecek.  

 

APA-nin xeberine gore, Elilliyi olan sexslerin huquqlarinin mudafiesine dair Milli Fealiyyet Proqraminda (2014-2018-ci iller) qeyd olunub ki, 2014-2018-ci iller erzinde elilliyin sebebi olan genetik xesteliklerin oyrenilmesi meqsedi ile laboratoriyalarin yaradilmasi ve ehali arasinda saglam heyat terzinin tebligine yonelmis tedbirlerin heyata kecirilmesi, elilliyi olan sexslerin ve saglamliq imkanlari mehdud usaqlarin saglamliqlarinin davamli olaraq yaxsilasdirilmasi ve onlara profilaktik tibbi-sosial reabilitasiya xidmetlerin gosterilmesi meqsedi ile Baki seherinde ve regionlarda saglamliq sanatoriyalarinin, idman saglamliq merkezlerinin yaradilmasi, loqoped ve pedaqoq ixtisasi olan sexslerin muxtelif profilli reabilitoloq ixtisaslarina yiyelenmeleri ucun muasir tedris proqramlari esasinda ixtisaslasdirilmis kurslarin teskili nezerde tutulub.

 

Bundan elave, hemin iller erzinde muvafiq qurumlara Bakida ve respublikanin diger boyuk seherlerinde surdoloji merkezlerin acilmasi, bu merkezlerde islemek ucun esitme qabiliyyeti pozulmus insanlarin mimikasini bilen xususi isci heyetinin hazirlanmasi, anadangelme ve ya sonradan qazanilmis esitme problemi olan sexslere esitme qabiliyyetini qaytaran daxili qulagin protezlesmesi (koxlear implantasiya) emeliyyati sahesinde qabaqcil beynelxalq tecrubenin oyrenilerek olkemizde tetbiq edilmesi ve bu emeliyyatin dovlet vesaiti hesabina heyata kecirilmesi, neonatal merhelede usaqlarin esitme ve gorme qabiliyyetinin mueyyen olunmasi, usaqlar ucun regional tibbi-sosial reabilitasiya  muessiselerinin teskil edilmesi ve icma-esasli sosial reabilitasiya xidmetlerinin yaradilmasi kimi tapsiriqlar verilib.

 

Milli Fealiyyet Proqraminda hemcinin inkisafdan geri qalmis usaqlara ve onlarin valideynlerine, yaxin qohumlarina psixoloji ve metodik komeklik gosterilmesi meqsedile tibb muessiselerinde kabinetlerin yaradilmasi, reabilitasiya vasitelerinin istehsali senayesinin yaradilmasi ucun tekliflerin hazirlanmasi, Naxcivan, Sumqayit, Gence, Seki, Sirvan, Lenkeran seherlerinde elilliyi olan sexslerin ve saglamliq imkanlari mehdud usaqlarin texniki reabilitasiya vasitelerinin temiri ucun xususi emalatxanalarin yaradilmasi eks olunub.

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR