Bu gün Bakıda Avropa Şurası Parlament Assambleyasının (AŞPA) Miqrasiya, Qaçqın və Məcburi Köçkünlər üzrə Komitəsinin iclası işinə başlayıb. Azərbaycan Prezidenti İlham Əliyev Parisdə fransalı həmkarı ilə görüşdə Bakının Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı mövqeyini növbəti dəfə dilə gətirib. Rusiyada rəsmi səfərdə olan Ermənistan prezidenti Serj Sarkisyanla rusiyalı həmkarı Vladimir Putin arasında keçirilən görüşdə Dağlıq Qarabağ münaqişəsi müzakirə edilib. Türkiyə rəsmilərini ölkəyə buraxmayan Avropa ölkələri və Ankara arasında gərginlik davam edir. Ankara Brüsseli miqrant razılaşmasının icrasını dayandırmaqla hədələyib.

AŞPA-nın Miqrasiya, Qaçqın və Məcburi Köçkünlər üzrə Komitəsinin iclasında çıxış edən Azərbaycan xarici işlər nazirinin müavini Xələf Xələfov Azərbaycanın işğal olunmuş əraziləri qanunsuz narkotik vasitələrinin və silah alverinin məkanına çevrildiyini bildirib.

Nazir müavini deyib ki, dünya birliyi bu məsələdə vahid mövqedən çıxış etməyənə qədər transmilli cinayətkarlıq, narkotiklərin qanunsuz dövriyyəsinə qarşı mübarizə effektli olmayacaq. O, bu məsələlərlə bağlı ikili standartlı yanaşma müşahidə olunduğunu, bunun isə Dağlıq Qarabağ münaqişəsinin həllinə mane olduğunu deyib.

Qaçılmaz FƏLAKƏT SSENARİSİ, bütün yollar MÜHARİBƏYƏ… - GÜNÜN SİYASİ XÜLASƏSİ

Nazir müavini: “Ermənistan işğal etdiyi əraziləri qanunsuz silah alveri məkanına çevirib” - YENİLƏNİR

Bakıda AŞPA-nın komitə iclası başlayıb