x
Loading...

Təcili yardım əvəzinə səhvən yanğınsöndürən çağırıldı: xəstə öldü

Təcili yardım əvəzinə səhvən yanğınsöndürən çağırıldı: xəstə öldü
14:39 16 Mart 2017
131 Digər
Ölkə mətbuatı
A- A+

 

Gəncə şəhərində qıcolma tutan şəxsin qohumları səhvən yanğın söndürənləri çağırıblar, xəstə ölüb.
 
 
Lent.az-ın Report-a istinadən xəbərinə görə, şəhərin Məhsəti Gəncəvi qəsəbəsində yaşayan sakin qıcolma keçirib. Bu zaman onun yaxınları təcili yardım əvəzinə səhvən Föfqəladə Hallar Nazirliyinin 101 qaynar xəttinə zəng vuraraq hadisə yerinə yanğın söndürən maşın çağırıblar. 
 
 
Çağırış əsasında deyilən ünvana 4 yanğınsöndürən maşın göndərilib. 
 
 
Daha sonra çağırışın səhvən olduğu məlum olub və hadisə yerinə təcili tibbi yardım çağrılıb. Təcili tibbi yardrım maşını hadisə yerinə gələnə qədər xəstə ölüb.

Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/269997

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Loading...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR