Dayısı azərbaycanlı aktyoru güllələdi

Bu gün Azərbaycanın peşəkar teatr sənətinin banilərindən olan Hüseyn Ərəblinskinin doğum günüdür.

Metbuat.az xəbər verir ki, 1881-ci ildə yoxsul ailədə dünyaya göz açan aktyorun uşaqlıq illəri çətinlik içində keçib.

"Üçüncü rus-tatar" məktəbinə daxil olan Hüseyn Ərəblinski teatra ilk addımlarını atıb. Onun teatr fəaliyyəti 1903-1904-cü illərdə yaradılan "Müsəlman artistləri cəmiyyəti" ilə sıx bağlıdır.Tamaşa göstərmək üçün bina icarəyə götürməli olan Hüseyn Ərəblinski, icarə pulu olmadığına görə hər dəfə öz üzüyünü girov qoyurmuş.

Hüseyn Ərəblinskinin Azərbaycan teatrına göstərdiyi ən böyük xidmətlərdən biri də odur ki, o, dünya klassiklərini, rus dramaturqlarının bir sıra əsərlərini ilk dəfə Azərbaycan səhnəsinə gətirib. Bu haqda danışarkən, Hüseyn Ərəblinskinin "Otello" rolunu diqqətdən kənarda qoymaq olmaz. Xüsusən də, qadın rolunu oynamaq üçün bığını qırxan aktyor ailəsi ilə ciddi problemlər yaşayıb. Bütün bunlara baxmayaraq, Hüseyn Ərəblinski səhnəni hər şeydən uca tutub. O, 1919-cu ildə dayısı tərəfindən güllələnərək öldürülüb.1969-cu ildə Azərbaycan hökuməti Hüseyn Ərəblinskinin xatirəsini əbədiləşdirmək haqqında qərar qəbul edib. Bu məqsədlə Sumqayıt Dövlət Gənclər Dram Teatrına onun adı verilib.

Rəvan Nasiroğlu / Metbuat.az


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR