Xalq artistləri Aygün Kazımova, Faiq Ağayev, Zülfiyyə Xanbabayeva və müğənni Samir Bağırovun illər əvvəl "ulduz xəstəliyinə" yoluxması haqda sujet "YouTube"da yerləşdirilib.
Görüntülər 1996-cı ildə hazırda fəaliyyəti dayandırılmış ANS telekanalının səhər verilişində efirə gedib.
Teatrlaşdırılmış sujetdə məşhurlarımız xəstəliyə yoluxduğunu iddia edir. Tibb işçisi isə onlara müxtəlif diaqnozlar qoyub.
Bundan başqa, yerli şou nümayəndələrinin 21 il əvvəlki görünüşləri diqqət çəkir.
İstiPress həmin videonu təqdim edir:
(istipress)