x
Loading...

"Bakıdakı Dünya Kubokunda yaradılmış şərait idealdır"

"Bakıdakı Dünya Kubokunda yaradılmış şərait idealdır"
19:57 17 Mart 2017
124 Ölkə
Ölkə mətbuatı
A- A+

"Bakıda keçirilən Dünya Kubokunda idmançılar üçün ideal şərait yaradılıb".

Milli.Az Trend-ə istinadən xəbər verir ki, bunu jurnalistlərə Olimpiya oyunları mükafatçısı, Xorvatiyanı yarışlarda təmsil edən gimnast Filip Ude deyib.

Xorvatiyalı idmançı bildirib: "Bəzi səhvlər olsa da, düşünürəm ki, mən bu gün yaxşı çıxış etdim. Dəstəli at üzərində hərəkətlərdə mənim əsas rəqibim Macarıstan idmançısı Kristian Berkidir".

Olimpiya mükafatçısının sözlərinə görə, Bakıda keçirilən Dünya Kubokunda ən güclü gimnastlar dəstəli at üzərində hərəkətlərdə iştirak edirlər.

Qeyd edək ki, Bakıda Milli Gimnastika Arenasında kişi və qadın idman gimnastikası üzrə FIG Dünya Kuboku mərhələsi martın 19-dək davam edəcək. Artıq ikinci ildir ki, paytaxtımızın ev sahibliyi etdiyi bu turnirdə 23 ölkədən idmançılar çıxış edir.

Turnirin ilk iki günü təsnifat mərhələləri, son iki günü isə ayrı-ayrı alətlər üzrə finallar baş tutacaq. Yeni Olimpiya dövrünün 2017-ci ildən qüvvəyə minən yeni qaydaları əsasında kişi gimnastlar 6, qadın gimnastlar isə 4 dəst medal uğrunda mübarizə aparırlar.

Məşhur kişi idmançılar arasında Olimpiya çempionları Elefterios Petrunias (Yunanıstan), Kristian Berki (Macarıstan), Olimpiya Oyunlarının gümüş mükafatçısı Filip Ude (Xorvatiya) və Avropa çempionu Aleksandr Şatilov (İsrail) çıxış edirlər.

Qadın idmançılar arasında isə 3 qat Olimpiya çempionu Katalina Ponor (Rumıniya) və Olimpiya Oyunlarının qızıl medalçısı Oksana Çusovitina (hazırda Özbəkistanı təmsil edir) kimi məşhur gimnastlar yer alırlar.

Ölkəmizi kişi idman gimnastikası üzrə yarışlarda Murad Ağarzayev, Bense Talas, qadın idman gimnastlarının turnirində isə Yuliya İnşina, Marina Nekrasova, Mariya Smirnova və Yekaterina Tişkova təmsil edirlər.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/country/527315.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Loading...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR