x
Loading...

İdman gimnastikası üzrə Dünya Kubokunda ayrı-ayrı növlər üzrə final yarışlarının birinci günü başlayıb

İdman gimnastikası üzrə Dünya Kubokunda ayrı-ayrı növlər üzrə final yarışlarının birinci günü başlayıb
12:27 18 Mart 2017
117 İdman
Ölkə mətbuatı
A- A+

Bakıda Milli Gimnastika Arenasında idman gimnastikası üzrə Dünya Kubokunda ayrı-ayrı növlər üzrə final yarışlarının birinci günü başlayıb.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, bu gün kişilər arasında sərbəst hərəkətlərdə, paralel qollar və halqalarda, qadınlar arasında isə dayaqla tullanmada və müxtəlif hündürlüklü qollarda final keçiriləcək.

Azərbaycanı bu gün kişilər arasında sərbəst hərəkətlərdə və paralel qollarda Murad Ağarzayev, qadınlar arasında isə müxtəlif hündürlüklü qollarda Yuliya İnşina və Yekaterina Tişkova, dayaqla tullanmada isə Marina Nekrasova təmsil edir.

Bu gün ümumilikdə 10 dəst medal uğrunda mübarizə aparılacaq.

İdman gimnastikası üzrə Dünya Kubokunun final yarışları martın 19-da başa çatacaq.

Qeyd edək ki, Bakıda ikinci dəfə keçirilən idman gimnastikası üzrə Dünya Kubokunda 23 ölkədən idmançılar iştirak edirlər.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/sport/527486.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Loading...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR