Bir neçə il öncə müğənni Nazəninin oxuduğu “Dostlar məni unutmayın” mahnısının plagiyat olduğuna dair fikirlər ortaya çıxıb.

Metbuat.az xəbər verir ki, müğənninin bu mahnını illər öncə "Təbriz" qrupunun oxuduğu “Unutmayın” adlı mahnıdan götürdüyü deyilir. Bununla bağlı məsələyə aydınlıq gətirmək üçün Nazəninla əlaqə saxladıq. O bildirdi ki, deyilənlər yalandır:

“O mahnını ilk dəfə İntizar oxuyub. Mahnın sözləri və musiqisi gürcüstanlı həmyerlimiz Əzim adlı bir gəncə məxsusdur. Sonra deyəklər ki, Nazənin sürdüyü avtomobil də bizə məxsusdur. Hər şey gözləyirəm! Kimsə özünü reklam etmək istəyir, ona görə bu mövzuya toxunub. Bu gün şou-biznesdə tez-tez belə şeylərə rast gəlirik”.

Rəvan Nasiroğlu / Metbuat.az