Daha öncə London terrorunu törədən şəxsin adının açıqlandığı barədə xəbər vermişdik.
Metbuat.az BBC-yə istinadən bildirir ki, London polisi bu səfər terrorçu Xalid Məsudun fotolarını yayıb.

İngiltərə vətəndaşı olan Xalid Kent qraflığında dünyaya gəlib. Onun müəllim işləmək üçün getdiyi Pakistanda İslam dinini qəbul etdiyi iddia olunur.
Xatırladaq ki, Londonda baş verən terror aktı nəticəsində aralarında Xald Məsud da olmaqla, ümumilikdə 5 nəfər dünyasını dəyişib, yaralıların sayı isə 50-dir. Onlardan 31-i hazırda xəstəxanadadır.