"WhatsApp" mesajlaşma proqramı yeni funksiyasını istifadəyə verməyə hazırlaşır.
Metbuat.az xəbər verir ki, proqram vasitəsi ilə yaxın zamanda istifadəçilər bir-birinə pul göndərə biləcəklər.
Pulu göndərmək üçün tətbiqetmədəki “$” işarəsinin üzərinə basmaq kifayət edəcək.
Pul transferi funksiyası ilk olaraq Hindistanda test ediləcək.