Dağlıq Qarabağ münaqişəsi də Donbassdakı münaqişə kimi dondurulmuş münaqişə deyil. Azərbaycanlılar da, ukraynalılar da öz torpaqları uğrunda həlak olmaqda davam edir.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, bunu mətbuat konfransında Ukraynanın Azərbaycandakı səfiri Aleksendr Mişşenko deyib.

Onun sözlərinə görə, Ukrayna Azərbaycanın dostluğunu və dəstəyini yüksək qiymətləndirir:

"Ukrayna Azərbaycanın ərazi bütövlüyünü və suverenliyini dəstəkləyir. Bu cür vəziyyətə düşməsən, Azərbaycanın vəziyyətini tam anlamaq mümkün olmur. Biz münaqişələrin sülh yolu ilə həllinin tərəfdarıyıq".

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində