Türkiyə Super Liqasının "Fənərbaxça" - "Akhisar Bələdiyyəspor" matçını izləməyə yollanan azarkeşləri daşıyan mikroavtobus qəzaya düşüb.
Fanat.Az xəbər verir ki, Balıkesirin Edremit qəsəbəsindən yola çıxan nəqiyyat vasitəsi mərmər daşıyan TIR-la toqquşub. Bakı vaxtı ilə gecə saat 05.00 radəloərində baş verib.
Qəza zamanı bir nəfər həlak olub, 19 nəfər yaralanıb. Qəza zamanı yolun kənarında park halında olan TIR-ın sürücüsü olay yerindən qaçıb.
Fanat.Az