Cüdoçularımız Avropa Kubokunda 1-ci oldular

Çexiyada yeniyetmələr arasında cüdo üzrə Avropa Kubokuna yekun vurulub.

Metbuat.az Azərbaycan Cüdo Federasiyasına istinadən məlumat verir ki, yarışın sonuncu günü Azərbaycan milli komandası aktivinə daha 2 medal yazdırıb.

Ölkəmizi +90 kq çəki dərəcəsində təmsil edən Məhəmməd Abdullayev bütün rəqiblərinə qalib gələrək qızıl medal qazanıb. 90 kq çəki dərəcəsində mübarizə aparan Cəfər Əkbərli isə mötəbər turnirin bürünc medalına sahib olub.

Bununla da, ümumilikdə 4 qızıl, 1 gümüş və 2 bürünc medal qazanaraq yarışın yekun nəticələrinə görə millimiz Avropa Kubokunu komanda hesabında birinci yerdə başa vurub.

Qeyd edək ki, 31 ölkədən 678 idmançının (422 oğlan, 256 qız) mübarizə apardığı Avropa Kubokunda Azərbaycan milli komandası 28 yeniyetmə cüdoçu (24 oğlan, 4 qız) ilə təmsil olunurdu.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR