Xəzərin statusu üzrə məsləhətləşmələr keçirildi

Xəzərin statusu üzrə məsləhətləşmələr keçirildi
16:39 10 Aprel 2017
73 Digər
Ölkə mətbuatı
A- A+

Moskvada Rusiya və Azərbaycan arasında Xəzər dənizinin hüquqi statusu üzrə ikitərəfli məsləhətləşmələr keçirilib.
 
APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, görüşdə Azərbaycan xarici işlər nazirinin müavini Xələf Xələfovun və Rusiya Federasiyası prezidentinin MDB dövlətləri ilə sərhədlərinin delimitasiyası və demarkasiyası üzrə xüsusi nümayəndəsi, Xarici İşlər Nazirliyinin xüsusi tapşırıqlar üzrə səfiri İqor Bratçikovun rəhbərlik etdiyi nümayəndə heyətləri iştirak ediblər.
 
Görüşdə 25-26 yanvar 2017-ci il tarixində Bakı şəhərində keçirimiş Xəzər dənizinin hüquqi statusu haqqında Konvensiyanın işlənib hazırlanması üzrə Xəzəryanı ölkələrin xarici işlər nazirlərinin müavinləri səviyyəsində xüsusi işçi qrupun 48-ci iclasının nəticələri üzrə fikir mübadiləsi və açıq qalan məsələlər ətrafında müzakirələr aparılıb. Eyni zamanda, Xəzəryanı ölkələrin zirvə toplantısına hazırlıq məqsədilə keçirilməsi nəzərdə tutulan Xəzəryanı ölkələrin xarici işlər nazirlərinin müşavirəsinə qədər bütün məsələlər üzrə razılığın əldə olunmasının vacibliyi vurğulanaraq birgə səylərin artırılmasının zəruriliyi qeyd olunub.
 
Müzakirələr zamanı tərəflər bütün Xəzəryanı ölkələr tərəfindən qəbul ediləcək Konvensiyanın hər bir sahilyanı dövlətin suveren hüquqlarının təmin olunmasına və onların maraqlarına xidmət etməli olduğuna dair ortaq fikir ifadə ediblər. Hər iki ölkə arasında mövcud olan yaxın qonşuluq və dostluq münasibətləri ruhunda keçən görüşdə Xəzər dənizi məsələləri üzrə ikitərəfli formatda aparılan məsləhətləşmələrin mövqelərin yaxınlaşdırılmasına və gündəlikdə olan məsələlərin razılaşdırılmasına xidmət etdiyi vurğulanıb.

Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/271820

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR