Bakıda 108 minlik ŞANTAJ: fotoları yaymaqla hədələyiblər

Bakıda 108 minlik ŞANTAJ: fotoları yaymaqla hədələyiblər
18:04 10 Aprel 2017
120 Digər
Ölkə mətbuatı
A- A+

Bakıda kişini intim görüntüləri ilə şantaj edən şəxs ondan 108 min manat alıb. Lent.az-ın Report-a istinadən xəbərinə görə, hadisə paytaxtın Nərimanov rayonunda qeydə alınıb.
 
Belə ki, paytaxt sakini 34 yaşlı N.V. hüquq-mühafizə orqanlarına müraciət edərək şantaj olunduğunu bildirib. Şikayətçinin sözlərinə görə, əvvəldən tanıdığı Samir adlı şəxs hədə-qorxu gələrək onun müxtəlif qadınlarla olan intim görüntülərini sosial şəbəkələrdə yayacağı ilə hədələyib və həmin görüntüləri yaymamaq müqabilində 100 min manat alıb. Bu ilin fevral ayında həmin şəxs N.V.-dan daha 8 min manat alıb.
Əlacsız qalan şəxs polisə müraciət edib.
 
Faktla bağlı Nərimanov Rayon Polis İdarəsində araşdırma aparılır.

Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/271824

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR