Abituriyentlərin sənəd qəbulu bu gün başa çatır

Abituriyentlərin sənəd qəbulu bu gün başa çatır
11:04 11 Aprel 2017
144 Digər
Ölkə mətbuatı
A- A+

Bu gün ali təhsil müəssisələrinin I-V ixtisas qruplarının və tam orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə sənəd qəbulu başa çatacaq.

 

Lent.az-ın məlumatına görə, martın 16-dan başlayan sənəd qəbulu bu gün saat 23:59-dək davam edəcək. 


Bu gün saat 10:39-dək 69 022 abituriyent (62446-sı Azərbaycan, 6576-sı Rus bölməsinin məzunu) I-IV ixtisas qrupları üzrə ali təhsil müəssisələrinin ixtisaslarını seçərək qeydiyyatdan keçib. Onlardan 27070 nəfər (24581-i Azərbaycan, 2489-u Rus bölməsinin məzunu) I, 19420  nəfər (17224-ü Azərbaycan, 2196-sı Rus) II, 17665 nəfər (16335-i Azərbaycan, 1330-u Rus) III, 4867 nəfər (4306-sı Azərbaycan, 561-i Rus) IV ixtisas qrupları üzrə sənəd verib.

 

Bu saata kimi qeydiyyatdan keçən abituriyentlərdən 64855 nəfəri qəbul imtahanının I mərhələsində (yaz imtahanında) iştirak edəcək. 

 

Saat 10:39-dək 33536 abituriyent V ixtisas qrupuna, 35235 nəfər isə tam orta ixtisas təhsili müəssisələrinə qəbul olmaq üçün sənəd verib.

 

Xatırladaq ki, I-V ixtisas qrupları üzrə ali təhsil müəssisələrinə və tam orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə qəbul olmaq istəyən abituriyentlər üçün ərizə qəbulunun müddəti  bu gün saat 23:59-dək uzadılıb.

 

Abituriyentlər qeyd olunan tarixədək elektron ərizələrini təsdiq edə bilərlər. Elektron ərizələrini Sənəd Qəbulu Komissiyalarında (SQK) təsdiq etdirməli olan və ya hər hansı bir səbəbdən ərizəsini özü təsdiq edə bilməyən abituriyentlər üçün SQK-lar aprelin 11-də saat 09:00-dan 17:00-dək fəaliyyət göstərəcək.

 

Elektron ərizəsinin təsdiq olunmasını təmin etməyən abituriyentlər qəbul imtahanına buraxılmayacaq.

 

 


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/271864

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR