"Məlikməmmədin nağılı"nın məşqlərinə start verildi

"Məlikməmmədin nağılı"nın məşqlərinə start verildi
16:22 11 Aprel 2017
Ölkə mətbuatı
A- A+

Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının cari repertuarında uzun illər böyük tamaşaçı marağı ilə qarşılanan Azərbaycan xalq nağılı "Məlikməmmədin nağılı" yeni fərqli yozumla və tərtibatla yenidən səhnəmizə qayıdır.

Bu gündən tamaşanın məşqlərinə start verilib. Nağıl əsasında xalq artisti Ağaxan Salmanlının səhnələşdirdiyi eyniadlı pyesin quruluşçu rəssamı Elşən Sərxanoğlu, geyim üzrə rəssamı Ləman Salmanlı, musiqi tərtibatçısı Zaur Rəşidov, rejissor Elnur Hüseynov, rəqslərin quruluşçusu Elvin Nuri, rejissor assistenti Sevda Hacışəmiyevadır.

Teatrın mətbuat xidmətindən Milli.Az-a verilən məlumata görə, yeni səhnə əsərində əsas obrazları Rövşən Abbasov, Rəşad Səfərov, Anar Seyfullayev, Ramil Məmmədov, Eşqin Quliyev, Elgün Yəhyayev, Elnur Hüseynov, Mirzə Ağa Mirzəyev, Simuzər Ağakişiyeva, Venera Abbasova, İlqarə Tosova, Yasəmən Məmmədova, Şəbnəm Hüseynova, Aygün Fətullayeva, Elşən Hacıbabayev, Müşfiq Əliyev, Zümrüd Quliyeva, Xəyalə Meydanova, Vahid Orucoğlu, Anar Səfiyev, Ceyhun Məmmədov, Ramiq Nəsirov, Elşən Şıxəliyev və Yusif Dadaşov canlandıracaqlar.

Tamaşanın premyerasının may ayının ortalarında baş tutması planlaşdırılır.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/culture/534087.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR