“Borussiya” - “Monako” oyunu təxirə salındı, “Barselona”nın Turin səfəri - YENİLƏNİR

“Borussiya” - “Monako” oyunu təxirə salındı, “Barselona”nın Turin səfəri - YENİLƏNİR
22:57 11 Aprel 2017
141 İdman
Ölkə mətbuatı
A- A+

Bu gün Çempionlar Liqasında 1/4 final mərhələsinə start veriləcək.

Milli.Az apasport.az-a istinadən xəbər verir ki, ilk oyun günündə iki qarşılaşma baş tutacaq.

Şübhəsiz ki, günün ən maraqlı mübarizəsi Turində olacaq. Turnirin favoritləri arasında göstərilən "Yuventus"la "Barselona" erkən finalda qarşılaşacaqlar. Bu, tərəflərin avrokuboklar tarixində 8-ci dueli olacaq.

Matçdan əvvəl "Barselona"nın heyətlə bağlı problemləri var. Rafinyanın bu görüşdə meydana çıxmayacağı dəqiqdisə, Aleş Vidal və Arda İtaliyaya aparılıb. Serxio Buskets isə cəza üzündən meydana çıxmayacaq. "Yuventus"da isə yeganə itki zədəli Marko Pyatsadı. Digər xorvatiyalı forvard Mario Mandzukiçin vəziyyəti isə matç günü müəyyənləşəcək.

Günün digər oyununda Dortmund "Borussiya"sı "Monako"nu qəbul etməli idi. Ancaq almanları oyuna aparan avtobusun yaxınlığında bomba partlaması səbəbindən matç sabaha təxirə salınıb.

Qeyd edək ki, həmin hadisə zamanı "Borussiya"nın futbolçusu Bartra da yaralanıb.

Çempionlar Liqası

1/4 final mərhələsi, ilk oyunlar

11 aprel

"Yuventus" (İtaliya) - "Barselona" (İspaniya) - 0:0

Baş hakim: Şimon Marçinyak (Polşa)

Turin, "Yuventus" stadionu

22:45. "Borussiya" (Dortmund, Almaniya) - "Monako" (Fransa)

Baş hakim: Daniele Orsato (İtaliya)

Dortmund, "Siqnal İduna Park"

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/sport/534243.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR