"Şəxsi həyatım haqqında danışmaq lazım deyil"

"Şəxsi həyatım haqqında danışmaq lazım deyil"
07:32 12 Aprel 2017
84 İdman
Ölkə mətbuatı
A- A+

PSG-nin yarımmüdafiəçisi Marko Verratti jurnalistlərin şəxsi həyatına qarışmasını tənqid edib. Milli.Az goal.az-a istinadən xəbər verir ki, italiyalı havbek bu barədə "Bein Sports"un canlı efirində danışıb.

"Futbolda başa düşmədiyim tək şey jurnalistlərin başını şəxsi həyatıma soxmasıdır. Karyeramı başa vurandan sonra tək darıxmayacağım şey bu olacaq. Oyun tərzimə görə məni tənqid edib PSG üçün problem olduğumu deyə bilərsiniz. Mən susaram. Amma mənim haqqımda heç nə bilmədən şəxsi həyatım haqqında danışmaq lazım deyil. Şəxsi həyatımla bağlı danışırlar, susuram. Amma nə vaxtsa insanın səbri tükənir. İdman jurnalisti idmanla bağlı yazmalıdır".

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/sport/534092.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR