1803 – Tiflisdə Car-Balakənin Rusiya tərkibinə qatılması şərtləri və «Andlı öhdəlik haqqında» saziş imzalanıb.
Bundan bir qədər əvvəl (1801) çar I Aleksandr Şərqi Gürcüstanın - Azərbaycanın Qazax, Şəmsəddil, Borçalı ərazilərinin Rusiyaya qatılması barədə manifest imzalamışdı.
Car-Balakənin ələ keçirilməsi ilə Rusiyanın Azərbaycan torpaqlarını istilası genişləndi.
Rusiya öncə Car-Balakənə nisbi muxtar idarəçilik (camaatlıq) versə də, sonradan işğalçı siyasətinə uyğun olaraq onu ləğv etdi.
* * *
1889 – Xalq artisti, məşhur xanəndə Seyid Şuşinski (1889-1965) anadan olub.
Seyid Şuşinski 1920-ci illərdə Azərbaycan Dövlət Dram Teatrında çalışıb, 1930-1960-cı illərdə Dövlət Filarmoniyasının solisti olub, pedaqoji fəaliyyət göstərib.
* * *
1903 – Azərbaycan mətbuatının, ictimai-siyasi fikrinin inkişafında mühüm rol oynamış «Şərqi-Rus» qəzeti Tiflisdə nəşrə başlayıb.
Şərqşünas-alim, ictimai xadim (II Rusiya Dumasının deputatı) Məmmədağa Şahtaxtinskinin redaktoru olduğu qəzet tanınmış yazarları ətrafında birləşdirmişdi. Məhəmməd Əmin Rəsulzadənin ilk mətbu yazısı da burada dərc olunub.
* * *
1907 – Tanınmış folklorşünas, dramaturq Məmmədhüseyn Təhmasib (1907-1982) anadan olub.
"Kitabi Dədə Qorqud" eposunun, dastanların, nağılların toplanması və tədqiqində mühüm xidməti var.
Ssenariləri əsasında "Bir qalanın sirri", "Onu bağışlamaq olarmı?" filmləri çəkilib.
1982-ci il oktyabrın 5-də vəfat edib.
* * *
1995 – Türkiyə baş naziri Tansu Çillərin Bakıya səfəri gedişində Azərbaycanın “Əsrin müqaviləsi”ndəki payından 5 faizin Türkiyəyə (TPAO şirkəti) verilməsi barədə saziş imzalanıb.
Bu anlaşmadan sonra Türkiyənin "Əsrin müqaviləsi" layihəsindəki (Azəri-Çıraq-Günəşli neft yataqları) payı 6,75 faizə çatdı.