Ermənilər "Qarabağ" pomidorlarını ölkəyə buraxmadılar

Ermənilər "Qarabağ" pomidorlarını ölkəyə buraxmadılar
14:42 12 Aprel 2017
101 Ölkə
Ölkə mətbuatı
A- A+

Ermənistanın gömrük orqanları Türkiyədən gətirilən və üzərində "Qarabağ" markası olan pomidorları ölkəyə buraxmayıb.

Milli.Az modern.az-a istinadən xəbər verir ki, ümumilikdə, 50 kiloqramlıq pomidor olan yeşiklər geri qaytarılıb.

Xatırladaq ki, Ermənistana pomidor ixrac edən şirkətin adı "Sahtu Tarım Ürünleri" Antalyada fəaliyyət göstərir.
 
Məlumata görə, bu şirkət ailə biznesi çərçivəsində fəaliyyət göstərir. Şirkətin sahibləri Sevda adlı azərbaycanlı və onun türk həyat yoldaşıdır.
 
Sevda bildirib ki, onların şirkəti Gürcüstan, Ukrayna və Azərbaycana kənd təsərrüfatı malları ixrac edir. O qutuların üzərində rusca "Karabax" yazılması məsələsinə də aydınlıq gətirib.
 
""Karabax" adı şirkətin əmtəə nişanıdır. Yazının rusca olması isə ona görədir ki, ixracatın əsas hissəsi postsovet məkanının bir neçə ölkəsinə həyta keçirilir. O ölkələrdə yaşayan əhalinin çoxu isə rus dilini bilir".
 
Qeyd edib ki, onların ixrac etdiyi kənd təsərrüfatı məhsullarının Ermənistana daşınması üçün Gürcüstan vasitəçi ərazi qismində olmağı təklif edib.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/incedent/534413.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR