Vengerin səlahiyyətləri məhdudlaşdırılır - NECƏ?

Vengerin səlahiyyətləri məhdudlaşdırılır  - NECƏ?
15:17 12 Aprel 2017
90 İdman
Ölkə mətbuatı
A- A+

“Arsenal”ın baş məşqçisi Arsen Venger azarkeşlərin etirazlarına rəğmən London klubundan getməyəcək. Fanat.Az “The Sun”a istinadən xəbər verir ki, 67 yaşlı çalışdırıcı yaxın günlərdə 2 illik müqaviləyə qol çəkəcək.


Hətta komanda mövsümün yekununda Çempionlar Liqasına vəsiqə verən yerlərdən birini tutmasa belə, rəhbərlik komandanın “sükanı arxası”nda 21-ci mövsümünü keçirən fransızı göndərməyəcək. Sadəcə olaraq, klub strukturunda idman direktoru postu yaradılacaq və həmin şəxs transfer siyasətinə cavabdehlik daşıyacaq. Bu isə Vengerin səlahiyyətlərinin qismən məhdudlaşdırılması anlamına gəlir.

 

Qeyd edək ki, hazırda turnir cədvəlində 6-cı olan “topçular” ÇL zonasından 7 xal geri qalır.

 

Fanat.Az


Xəbərin orijinal ünvanı: http://fanat.az/xeber-vengerin-slahiyytlri-mhdudladrlr-t57536.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR