Rusiya BMT TŞ-nin Suriya üzrə qətnaməsinə veto qoyub

Rusiya BMT TŞ-nin Suriya üzrə qətnaməsinə veto qoyub
00:05 13 Aprel 2017
58 Dünya
Ölkə mətbuatı
A- A+

Veto hüququndan istifadə edən Rusiya BMT TŞ-nin Suriya üzrə qətnaməsinin qəbul edilməsinə imkan verməyib.

Milli.Az APA-ya istinadən xəbər verir ki, qətnamə layihəsi ABŞ, Böyük Britaniya və Fransa tərəfindən təqdim edilib.

Aprelin 4-də Xan-Şeyxun şəhərində kimyəvi silahdan istifadəni pisləyən qətnamədə rəsmi Dəməşqdən insidentin baş verdiyi tarixdə bütün hava əməliyyatları ilə bağlı məlumat tələb edilir.
 
Rusiyadan başqa qətnamənin əleyhinə Boliviya səs verib, Çin bitərəf qalıb. 

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/world/534569.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR