Rusiya BMT TŞ-nin Suriya üzrə qətnaməsinə veto qoydu

Rusiya BMT TŞ-nin Suriya üzrə qətnaməsinə veto qoydu
00:13 13 Aprel 2017
88 Dünya
Ölkə mətbuatı
A- A+

Veto hüququndan istifadə edən Rusiya BMT TŞ-nin Suriya üzrə qətnaməsinin qəbul edilməsinə imkan verməyib.

Publika.az xəbər verir ki, qətnamə layihəsi ABŞ, Böyük Britaniya və Fransa tərəfindən təqdim edilib.

Aprelin 4-də Xan-Şeyxun şəhərində kimyəvi silahdan istifadəni pisləyən qətnamədə rəsmi Dəməşqdən insidentin baş verdiyi tarixdə bütün hava əməliyyatları ilə bağlı məlumat tələb edilir.

Rusiyadan başqa qətnamənin əleyhinə Boliviya səs verib, Çin bitərəf qalıb. (apa)


Xəbərin orijinal ünvanı: http://publika.az/news/dunya/194834.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR