Lavrov: "Rusiya Suriyada nə Bəşər Əsədə, nə də başqa birinə üstünlük verir"

Lavrov: "Rusiya Suriyada nə Bəşər Əsədə, nə də başqa birinə üstünlük verir"
11:47 13 Aprel 2017
57 Dünya
Ölkə mətbuatı
A- A+

Rusiya Suriyada nə prezident Bəşər Əsədə, nə də başqa birinə üstünlük verir.

Milli.Az APA-ya istinadən xəbər verir ki, bu sözləri Rusiya xarici işlər naziri Sergey Lavrov Moskvada ABŞ dövlət katibi Reks Tillersonla görüşdən sonra keçirilən birgə mətbuat konfransında deyib.
 
Onun sözlərinə görə, BMT Təhlükəsizlik Şurasının qətnaməsində göstərildiyi kimi, bütün suriyalılar eyni masa arxasında oturmalı və danışmalıdırlar. "Bu suriyalılararası inklüziv dialoq olmalıdır", - rusiyalı nazir bildirib. 

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/world/534653.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR