Azərbaycanda 150 nəfərin işləyəcəyi fabrik açılacaq

Azərbaycanda 150 nəfərin işləyəcəyi fabrik açılacaq
14:17 13 Aprel 2017
91 Ölkə
Ölkə mətbuatı
A- A+

Pestisid fabrikinin tikintisi üzrə işlər avqust ayında başa çatacaq.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, bunu jurnalistlərə "Gilan Holdinq"in "Aqrokimya Azərbaycan" MMC-nin texniki direktoru Əli Arman Kabakçıoğlu deyib.

O bildirib ki, fabrikin illik istehsalat gücü 9 min ton təşkil edəcək: "İlkin mərhələdə istehsal olunan məhsul daxili tələbatı ödəyəcək, daha sonra pestisidlərin ixrac olunması başlayacaq".

Ə.A.Kabakçıoğlu qeyd edib ki, fabrikin tikintisinə 2016-cı ilin yanvarında başlanılıb. Onun sözlərinə görə, fabrikdə işçilərin sayı 150 nəfər təşkil edəcək. Layihənin reallaşdırılması üçün 15 milyon dollara yaxın investisiya qoyulub.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/country/534729.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR