Dünən Hollivudda "The Promise" ("Vəd") filminin premyerası olub.
Milli.Az TMZ-yə istinadən bildirir ki, qondarma "erməni soyqırımı"ndan bəhs edən filmin təqdimat mərasiminə ABŞ şou-biznesinin erməni ulduzları - müğənni Şer, realiti-şou ulduzu Kim Kardaşyan, supermodellər Kendall Cenner və Kortni Kardaşyan, "Reddit" portalının banisi və sahibi Aleksis Ohanyan da qatılmışdılar.
Amerikalı milyarder, mərhum Kirk Kirkoryanın pulları hesabına çəkilən, prodüseri Erik Esrailyan olan filmi Elton Con, Leonardo di Kaprio, Silvestr Stallone, Don Çiddl, Rayan Qoslinq, Ceyson Beytman və Yura Movsisyan da dəstəkləyiblər.
Dünya miqyasında premyerası aprelin 27-də olacaq filmdə olaylar 1915-ci ildə Osmanlı Türkiyəsində yaşanır. Baş rollarda Kristian Beyl, Oskar Ayzek və Şarlotta Le Bonun çəkildikləri lentdə fransız ulduz Jan Reno, habelə Ceyms Kromfel və Ancela Sarafyan da çəkiliblər.
Filmin rejissoru 2004-cü ildə "Otel Ruanda" filminə görə "Oskar" mükafatı almış Terri Corcdur.
Milli.Az
Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində