DÇ-2018-in seçmə mərhələsi çərçivəsində iyunun 10-da Şimali İrlandiyanı qəbul edəcək Azərbaycan millisinin hazırlıq planı bəlli olub.

Milli.Az apasport.az-a istinadən xəbər verir ki, bu barədə yığmanın baş məşqçisi Robert Prosineçki əməkdaşının da iştirak etdiyi brifinqdə məlumat verib.

Mayın 15-də bir araya gələcək komandamız təlim-məşq toplanışını davam etdirmək üçün 5 gün sonra Avstriyaya yola düşəcək. Prosineçkinin yetirmələri adıçəkilən ölkədə iyunun 3-nə qədər qalacaqlar.

Millimiz Avstriyada 2 yoxlama görüşü keçirəcək. Rəqiblərin kimliyi hələ məlum deyil. Prosineçki Şimali İrlandiya yığmasının oyun tərzinə uyğun futbol sərgiləyən rəqib axtarışında olduqlarını bildirib.

Qeyd edək ki, DÇ-2018-in seçmə mərhələsində geridə qalan 5 turdan sonra Şimali İrlandiya yığması 10 xalla ikinci, millimiz isə 7 xalla dördüncüdür.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində