“İnternı” serialının qəhrəmanı Kazimir Liske vəfat edib.

Metbuat.az xəbər verir ki, Rusiya telekanallarından birində yayımlanan serial qəhrəmanı pəncərədən yıxılaraq həyatını itirib.

Gecə saat 4-də xəstəxanaya çatdırılsa da, aktyorun həyatını xilas etmək mümkün olmayıb.

Qeyd edək ki, Liske 1982-ci ildə ABŞ-da doğulub, “İvan Qroznı”, “Günah şəhəri”, “İtirilmiş təbiət” adlı filmlərdə rol alıb.

Aytən Novruzova / Metbuat.az