Haitinin baş naziri Jak Qi Lafontanın korteji iki yeniyetməni vurub.
Publika.az xəbər verir ki, qəzaya düşən yeniyetmələrdən biri xəstəxanaya çatdırılarkən yolda vəfat edib.
Hadisə ölkənin cənub-qərbində Le-Kе şəhərində baş verib.
Məlumata görə, qəza yeniyetmələr motosikletlə hərəkət edərkən baş
verib. Yaralı gənci vertolyotla ölkənin paytaxtı Port-o-prensə
gətirilib
Kortej hadisədən sonra hərəkətini dayandırmayıb. Bu, yerli
sakinlərin qəzəbinə səbəb olub, onlar etiraz olaraq avtomobil
şinləri yandırmağa başlayıblar.