Haitinin baş nazirin Jak Qi Lafontanın korteji iki yeniyetməni vurub.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, qəzaya düşən yeniyetmələrdən biri xəstəxanaya çatdırılarkən yolda vəfat edib.

Hadisə ölkənin cənub-qərbində Le-Kе şəhərində baş verib. Məlumata görə, qəza yeniyetmələr motosikletlə hərəkət edərkən baş verib. Yaralı gənc vertolyotla ölkənin paytaxtı Port-o-prensə gətirilib

Kortej hadisədən sonra hərəkətini dayandırmayıb. Bu, yerli sakinlərin qəzəbinə səbəb olub, onlar etiraz olaraq avtomobil şinləri yandırmağa başlayıblar.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində